Prezident "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları"nı təsdiq etdi
26 May 2010 19:54
Azərbaycan Prezidenti İlham Əliyev "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
/AzərTAc/