Sabah Bakının bu ərazisində qaz olmayacaq

8 Oktyabr 2024 21:41

Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun