Netanyahu Həsən Nəsrullahın iki xələfinin öldürüldüyünü açıqlayıb

8 Oktyabr 2024 21:35

İsrail ordusu Livanda "Hizbullah" təşkilatının daha əvvəl öldürülən baş katibi Həsən Nəsrullahın iki xələfini artıq məhv edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində deyib.

"Biz "Hizbullah"ın imkanlarını zəiflətdik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun xələfi və xələfinin xəlifini də öldürdük", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun