36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü

8 Oktyabr 2024 22:00

Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.

Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun