Salyanda avtomobil kanala aşıb, ölən var

8 Oktyabr 2024 21:17

Salyanda avtomobil kanala aşıb, ölən var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil anidən idarətmədən çıxaraq kanala aşıb.

Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun