Avropa Parlamentinin bəzi üzvləri "bahar havası ilə" Ukraynaya raket ötürməkdən danışırlar, beləliklə, müharibənin davam etməsini təşviq edirlər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Slovakiya Baş naziri Robert Fitso Karpat-Duklyans əməliyyatının 80 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib.
"Təəssüf edirəm ki, Avropada top səslərini kəsmək əvəzinə gurultulu alqışlar, səs-küylü görüşlər və çox vaxt yalnız müharibəni davam etdirməyə təşviq edən vaxtaşırı əhəmiyyətli maddi qərarlar görürük.
Və birdən biz Avropa Parlamentinin bəzi üzvlərinin bahar havasının rahatlığı ilə orta mənzilli və uzaq mənzilli raketlər haqqında danışdıqlarını eşidirik. Bəlkə də belə bir raket Brüsseldə hansısa fəvvarəni dağıtmalıdır ki, onlar əslində söhbətin nədən getdiyini başa düşsünlər", - deyə siyasətçi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun