Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var

9 Oktyabr 2024 06:25

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun