Rusiya sərhədçiləri Ermənistanı tərk edəcək

8 Oktyabr 2024 21:09

Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistanın İranla sərhədinin mühafizəsini dayandıracaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ermənistan-İran sərhədində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri qalacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun