Natiq Fərzəliyev kliniki ölüm keçirib

8 Oktyabr 2024 20:12

Aktyor Natiq Fərzəliyev kliniki ölüm keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor "Xəzər axşamı" verilişində danışıb. O, hadisənin çəkiliş meydançasında baş verdiyini bildirib

"Elə bildim ki, 5 saniyə və ya 5 dəqiqə olub. Amma bir saat davam edib. Ayılanda mənə şirniyyat verdilər və səhərə qədər çəkilişə davam etdim. Həkimə getdim, infarkt keçirdiyimi dedilər. Müalicə aldım. Evdə də məni qoruyurlar. Hələlik işlərə də çox yüklənmək istəmirəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun