İrana planlaşdırılan bütün reysləri ləğv etdi

8 Oktyabr 2024 19:34

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti "Emirates" bu gün İrana planlaşdırılan bütün reyslərinin ləğv edildiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Emirates"in bu günə olan uçuş cədvəlində məlumat verilib.

"Emirates" tərəfindən sərnişinlərinə göndərilən bildirişdə bölgədəki hadisələrin yaxından izləndiyi və mümkün yeniləmələrlə bağlı səyahətçilərlə əlaqə saxlanılacağı bildirilib.

Qeyd edək ki, İranın Təl-Əvivə raket hücumundan sonra Yaxın Şərqdə gərginlik daha da artıb. Təl-Əviv rəhbərliyi İranın İsrailə raket hücumundan sonra İrana cavab hücumu planlaşdırdığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun