"Silahlı qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir"

8 Oktyabr 2024 19:01

"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

"Biz hadisələrin istənilən ssenarisinə və inkişafına hazırıq. Silahlı qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir və bütün lazımi məqsədləri müəyyənləşdiriblər. Eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib", - deyə Əraqçi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun