"Məndən istifadə edirdilər, amma bitdi"

8 Oktyabr 2024 18:40

Müğənni Elçin Cəfərov ARB Telekanalında "Söhbət var" verilişində qonaq olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, gec-gec efirlərdə görünən sevilən sənətçi realist insan olmadığını bildirib.
 
Hər zaman duyğuları ilə hərəkət etdiyini deyən ifaçı, bundan peşmançlıq duydğunu da gizlətməyib:
 
"Həm realist, həm də duyğusal insanam. Bunun hər ikisi məndə normadadır. Amma təbii ki, bəzən duyğusallıq normadan çox olur. Bu da məni incidir. Bu hallar əvvəllər daha çox idi, amma zamanla bərkidim. Həssas olduğum dönəmlərə baxanda gördüm ki, mən uduzuram. Anladım ki, hər şeyə incə yanaşdığım üçün artıq bundan istifadə etməyə başlayırlar. Zamanla dedim ki, bunu etmək lazım deyil".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun