Norveç Dağlıq Qarabağda keçirilən "qondarma seçkiləri" tanımadı

26 May 2010 19:08
Norveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Norveç Krallığının Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən "qondarma parlament seçkiləri"nə münasibəti haqqında məktub daxil olub.

Bu barədə Milli.Az-a XİN-in mətbuat xidmətindən bildirilib

Sənəddə Niderland Krallığının Dağlıq Qarabağda keçirilən "qondarma parlament seçkiləri" ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapıb.

Milli.Az