Fransa Ukraynaya bu qırıcıları verəcək

8 Oktyabr 2024 15:35

Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni "yer-hava" tipli silahları ilə təchiz edilmiş "Mirage 2000" qırıcılarını tədarük edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. "Hava-yer" tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

"Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir", - deyə Fransanın müdafiə naziri əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun