Hande getdiyi məkanda kişiyə görə DÖYÜLDÜ - FOTOlar

8 Oktyabr 2024 17:35

Türkiyənin tanınmış simalarından olan Hande Demir getdiyi Ortaköydəki gecə klubunda döyülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 3 qadın birləşərək ona hücum edib. Davaya mühafizəçilər qarışıb. Onlar qadınları güclə ayırıblar.

Hande Demirin döyülməsinə səbəb sosial şəbəkədə etdiyi paylaşım olub.

O restoranda əyləndiyi Zafer adlı bəylə foto çəkdirərək instaqramında paylaşıb.

Bu şəkili Zaferin həyat yoldaşı görüb. O özü ilə iki qadın da gətirərək klubun önündə Handenin çıxmağını gözləyib.

Hande məkandan çıxan kimi onlar ona hücum ediblər və əlbəyaxa dalaşıblar. Qadınlar Handeni oki var döyüblər.

Xatırladaq ki, Hande Demir üç uşağının atası Erdinç Acardan 2020-ci ildə ayrılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun