Şəmkirdə avtomobil aşdı - iki qardaş xəsarət aldı

8 Oktyabr 2024 14:53

Şəmkir rayonunun Yeni Həyat kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində A.İsayev və Y.İsayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun