Heyli əri Castinin biədəb FOTOsunu yaydı

8 Oktyabr 2024 14:46

Məşhur supermodel Heyli Biber 30 yaşlı əri Castin Biberin yarıçılpaq fotosunu paylaşıb.

Milli.Az olay-a istinadən bildirir kişəkildə Biberin hər iki əlini qaldıraraq xoşagəlməz barmaq hərəkəti göstərməsi əks olunub.

Sözügedən fotonu görən izləyicilər Castinin hazırda həbsdə olan repçi Pi Diddi ilə bağlı hekayəyə cavab olaraq görüblər.

Bu görüntü isə 2017-ci ildə lentə alınıb.

Son zamanlar pərəstişkarları Biberdən ciddi şəkildə narahat olublar. O, çox arıq və xəstə görünür və insanlar bunu Pi Diddi ilə bağlı qalmaqalla əlaqələndirirlər. Beləki, yeniyetməlik illərində repçi ilə dost olan müğənninin onun tərəfindən zorakılığa məruz qaldığı üzə çıxıb. 

Bir neçə gün əvvəl Castinin şəxsi "YouTube" kanalında bir neçə il əvvəl yayımlanan klip hətta internetdə də yayılıb. Orada repçi P.Diddi Biberə bahalı avtomobil və malikanə vəd edir.

Biberin özü, ona yaxın mənbəyə görə, bütün bu hekayəni xatırlamaq istəmir, amma kiməsə kömək edərsə, təfərrüatları söyləməyə hazır olacaq.

Qeyd edək ki, insan alveri, cinsi zorakılıq və digər cinayətlərdə ittiham olunan Pi Diddi (əsl adı - Şon Kombs) həbsi böyük səs-küyə səbəb olub. Repçinin əxlaqsız məclislərinə bir çox ulduzlar qatılıb, onların reputasiyasına zərbə vuran Diddinin bəzi dostları da şübhə altına düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun