Metroda bu davranışa görə 200 manat cərimə tətbiq olunacaq

8 Oktyabr 2024 14:26

Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir.

Hazırda bu cərimənin məbləği 30 manat təşkil edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun