“İki xanımın duet ortağı olmağını düzgün saymıram”

9 Oktyabr 2024 06:35

Xalq artisti Nazpəri Dostəliyeva xanımların duet ortağı olmağını düzgün saymadığını deyib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb.

"Xanım sənətçilərə dəstəyim olub. Sadəcə iki səsin bir arada olmağını düz hesab etmirəm. Məsələn, 3, 5,6,  8 səs olar. Hər səsin də öz tonnalığı var, hormaniya yarananda başqa məsələ. Amma iki xanımın duetini düzgün saymıram. Səhv anlaşılmasın. Səhnəmizdə iki bacılar, gözəl xanımlar var. Onlar başqadır", - deyə, Dostəliyeva bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun