Bin Ladenin oğlu Fransadan qovuldu

8 Oktyabr 2024 13:26

Üsamə Bin Ladenin oğlu Ömər Bin Laden sosial media hesabında terroru təşviq edən paylaşımlarına görə Fransa ərazisindən qovulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransanın daxili işlər naziri Bruno Retaillo deyib.

Onun sözlərinə görə, Ömər Bin Laden 2021-ci ildən Britaniya vətəndaşının həyat yoldaşı kimi Ornedə yaşayır və 2023-cü ildən terrora haqq qazandıran şərhlər yazmağa başlayıb. Qeyd olunub ki, Orne kommunası onun ölkə ərazisindən qovulmasına nail olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun