Lənkəranda 31 yaşlı usta faciəli şəkildə öldü

8 Oktyabr 2024 13:14

Lənkəranda usta faciəli şəkildə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Elgün Rza oğlu Rzazadə şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb.

O, yerləşdiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun