Türkiyə Livandan vətəndaşlarının təxliyəsinə başlayır

8 Oktyabr 2024 13:21

Türkiyə sabah Livanı tərk etmək üçün müraciət edən vətəndaşlarının təxliyə edilməsinə başlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. 

Təxliyə dəniz yolu ilə həyata keçiriləcək. 

Bununla əlaqədar Türkiyənin Dəniz Qüvvələrinə məxsus iki gəmi bu gün Livanın paytaxtı Beyruta yola düşəcək.

Gəmilərin ümumi tutumunun iki min nəfər olduğu qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun