Paşinyan məhkəməyə verildi

8 Oktyabr 2024 13:06

"Vətən üçün Tavuş" hərəkatının lideri Baqrat Srbazan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

O, tərəfdarları ilə görüşdə Paşinyana qarşı iddia qaldırmasının əsaslarını baş nazirin parlamentdə ona böhtan atması ilə əlaqələndirib: "O yalançı və qorxaq belə bir açıqlama verdi və biz indi Ermənistanda məhkəmə sisteminin işlək olub-olmadığını yoxlayacağıq". 

O, böhtan xarakterli faktiki məlumatları Paşinyandan açıq şəkildə təkzib etməyi tələb edir.

Qeyd edək ki, məhkəmə iddianı qəbul edib, onu hakim Malvina Arutyunyan imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun