Deputat: Azərbaycanda sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur

8 Oktyabr 2024 12:05

"Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur: "İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun