Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

8 Oktyabr 2024 11:25

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına qədər Azərbaycanla sülh razılaşmasını imzalamağa ümid edirik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Reuters" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hazırda müqavilənin 3 müddəası müzakirə mərhələsindədir.

Xaçaturyan Türkiyə ilə sərhədlərin üçüncü ölkələrin vətəndaşları üçün açılması üzrə danışıqların "yaxşı getdiyini" açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun