7 qadın aeroportda saxlanıldı - 166 qızıl külçəsini elə yerdə gizlədiblər ki... - VİDEO - FOTO

8 Oktyabr 2024 11:12

Hava limanında şübhəli hərəkətlər edən 7 qadın saxlanılıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, İzmirin Adnan Menderes hava limanında şübhəli davranan 7 qadın gömrük əməkdaşları tərəfindən saxlanılıb.

X-Ray cihazından keçirilən qadınların qasıq nayihəsində metal müşahidə edilib. Məlum olub ki, qadınlar orqanlarında qızıl külçələri keçirməyə çalışıblar.

166 külçə qızılın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

İsmayıl
Milli.Az