Əqrəb sancmasından ölən müəllimin FOTOları

8 Oktyabr 2024 10:17

Xəbər verdiyimiz kimi, Göygöldə 49 yaşlı müəllim əqrəb sancması nəticəsində zəhərlənərək vəfat edib.

Belə ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Adil Məmmədovu sentyabrın əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb. Müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin hərbi hazırlığı" fənnindən dərs deyirmiş.

Milli.Az qafqazinfo-ya istinadən faciəvi şəkildə dünyasını dəyişən Adil Məmmədovun fotolarını təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun