Putinin ad gününü belə təbrik etdilər - VİDEO

8 Oktyabr 2024 10:00

Çində Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə işıq şousu təşkil edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şou zamanı yüzlərlə drondan istifadə edilib. 

Belə ki, Quançjou şəhərinin səmasında dronlarla "Happy Birthday, Mr. President" təbriki, eləcə də Rusiya liderinin təsviri yaradılıb. 

Təbrikin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Xatırladaq ki, oktyabrın 7-də V.Putinin 72 yaşı tamam olub. O, ad gününü adi iş rejimində keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun