Bayden fövqəladə vəziyyət elan etdi

8 Oktyabr 2024 10:19

ABŞ Prezidenti Co Bayden yaxınlaşan Milton qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım əmri verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin əmrinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindən Florida hakimiyyətinə yardım daxildir.

Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Milton Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü üç metrdən çox olan dağıdıcı dalğalar gətirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun