Rektor "Yüksəliş"in finalçısına vəzifə verdi

8 Oktyabr 2024 09:41

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib.

Milli.Az valyuta.az-a istinadla xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Mirzəyev I və III "Yüksəliş" müsabiqəsinin finalçısıdır. O, 2021-ci ildən ADPU-da çalışır. 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsində fəaliyyət göstərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun