Ermənistan Cənubi Koreyadan tank almaq istəyir

8 Oktyabr 2024 08:23

Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabr ayında Cənubi Koreyaya səfər edərkən "Hyundai Rotem" şirkəti tərəfindən hazırlanmış K2 "Qara panter" döyüş tanklarının alınması imkanlarını öyrənib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "Army Recognition" portalı Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın müdafiə naziri sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib. Papikyanın Cənubi Koreyanın K2 tankına xüsusi maraq göstərdiyi və onun tədarükü ilə bağlı danışıqlara başladığı da vurğulanıb. 

Cənubi Koreya ordusunun istifadə etdiyi K2 döyüş tankı dağ şəraiti üçün uyğun olan qabaqcıl texnologiya ilə təchiz edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun