Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var

8 Oktyabr 2024 06:24

Rusiya qüvvələri Odessaya ballistik raketlər ataraq, Palau bayrağı altında üzən mülki gəmini vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, liman infrastrukturuna edilən hücumda şəxsi yük daşıyan şirkətdə işləyən 60 yaşlı ukraynalı həlak olub, 5 əcnəbi də yaralanıb. Onlardan 4-nün vəziyyəti orta ağır, birinin vəziyyəti yüngül qiymətləndirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun