Günə motivasiya ilə başlayın

13 Oktyabr 2024 05:05

Motivasiya uğurlu və xoşbəxt bir həyat üçün ən vacib şeylərdən biridir. Uğurlu nəticələr əldə etmək (xüsusilə iş həyatında), eləcə də ən pis vəziyyətlərdə problemləri aradan qaldırmaq üçün özümüzü düzgün motivasiya etməliyik.

Milli.Az qafqazinfo-ya istinadən motivasiya ilə bağlı bəzi tövsiyələri təqdim edir:

Hər gün yeni başlanğıclar üçün şansdır. Ona görə də əvvəlki gün nə qədər pis keçsə də, ertəsi günə sanki yeni və xoş şeylər olacaqmış kimi başlamalısınız. Həyatın qısa olduğunu və hər gün reallaşdıra biləcəyiniz müxtəlif işlərin olacağını unutmayın.

Ofisinizdə, evdə və pul kisənizdə arzularınızı və məqsədlərinizi xatırladacaq qeydlər, simvollar saxlayın. Bu sayədə yaşadığınız hər vəziyyətdə özünüzü görəcəyiniz işlər üçün motivasiya edə biləcəksiniz.

Bilikli və ondan nəsə öyrənə biləcəyiniz birini nümunə seçin. Seçdiyiniz örnək, hörmət etdiyiniz və gələcəkdə belə olmaq istədiyiniz biri olmalıdır. Əgər yaxınınızda belə bir insan yoxdursa, siz də uğurlu liderləri, məşhurları, elm adamlarını nümunə götürə bilərsiniz.

Bir çox fərqli kitabda və ya filmdə sizi ruhlandıracaq və motivasiya edəcək minlərlə fərqli sitatlar var. Xüsusilə internetdən istifadə etməklə bu sitatları çox qısa müddətdə tapa bilərsiniz. Bu sitatları ən mənfi anlarda oxuduğunuzda, içində olduğunuz vəziyyəti dəyişdirmək üçün güc tapmağınıza kömək edəcək.

Etmək istədiyiniz və ya əldə etdiyiniz nailiyyətləri istədiyiniz kimi yerinə yetirdiyiniz zaman özünüzü mükafatlandırın. Mükafatın məzmunu tamamilə sizə bağlıdır. Qısa bir səfərə çıxa, sevdiklərinizlə yemək yeyə və ya özünüzə gül ala bilərsiniz.

Hədəfinizi, qət etdiyiniz yolu, prosesləri, müsbət-mənfi vəziyyətləri analiz etməlisiniz. Heç bir şeyə kor-koranə qərar verməyin.

Musiqiyə qulaq asmaq sizi həyəcanlandırır, sakitləşdirir, bəzən isə kədərləndirir. Əslində bilmədiyiniz halda sizi motivasiya edə bilər. Edəcəyiniz fəaliyyətə uyğun mahnıları dinləmək bunlara nail olmaqda sizə kömək edəcək, ruhlandıracaq.

Ətrafınıza baxmalı və sahib olduğunuz şeylərin qədrini bilməlisiniz. Eviniz, işiniz, ailəniz və ya bir çox müxtəlif şeylər əslində sizin üçün xoşbəxtlik mənbəyi olmalıdır. Pis şeylərə görə kədərlənmək əvəzinə, sahib olduğunuz şeylərə görə minnətdar olmalısınız. Beləliklə, həyatdan zövq alacaqsınız.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun