Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi

8 Oktyabr 2024 00:32

Tunisin hazırkı Prezidenti Kays Səid 90,69 faiz səs toplayaraq, növbəti prezident seçkilərində qalib gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, müvafiq ilkin məlumatları Tunisin Müstəqil Ali Seçki Qurumunun sədri Faruk Buasger mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, solçu "Azimun" partiyasından Ayaşi Zammel 7,35% səslə ikinci yerdə, sosial-demokrat "Harakat al-Şaab" partiyasını təmsil edən Zuhair Maqzaoui 1,97% səslə üçüncü yerdə qərarlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun