Bir vaxtlar Hitler bəşəriyyətin ümumi səyləri ilə dayandırıldığı kimi, Netanyahu və onun qətlləri də dayandırılacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada müharibənin başlamasının 1-ci ildönümü ilə bağlı X hesabında yazıb.
"İsrail artıq bir ildir ki, törətdiyi soyqırımın əvəzini gec-tez ödəyəcək. 365 gün əvvəl sağ olan, əksəriyyəti uşaq və qadın olan 50 min qardaş-bacımız vəhşicəsinə qətlə yetirildi. Qəzzada xəstəxanalar, müxtəlif dinlərin ibadət yerləri, məktəblər dağıdılıb. Artıq aramızda çoxlu jurnalist, ictimai təşkilatların nümayəndələri, sülh səfirləri yoxdur", - Ərdoğan qeyd edib.
O vurğulayıb ki, Qəzzada, Fələstində, Livanda təkcə qadınlar, uşaqlar və digər günahsız insanlar yox, həm də bəşəriyyət, bəşəriyyətə xidmət etməkdə gecikən təşkilatlar və bütövlükdə beynəlxalq sistem ölür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun