İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi

7 Oktyabr 2024 22:54

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri" və "beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" ilə bağlı bəyanatlara qoşulmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Ermənistan XİN başçısı Ararat Mirzoyan iclasda iştirak edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun