Beyləqan rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib - FOTOlar

7 Oktyabr 2024 21:50

Beyləqan rayonu ərazisində minik avtomobili və motosikletin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik maşını və motosiklet toqquşub. Qəza nəticəsində xəsarət alan iki nəfər Talıbov Aqşin Namiq oğlu, Vəliyev Rahib Rafiq oğlu Beyləqan rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib və onların səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun