Sahibsiz itlər dərsə gedən məktəbliyə hücum etdi - VİDEO

7 Oktyabr 2024 19:50

Zaqatalada itlər məktəbliyə hücum edib. 

Milli.Az bildirir ki,  bu barədə Lent.az-a hücuma məruz qalan məktəblinin anası Vəfa Musayeva məlumat verib. 

Onun sözlərinə görə, rayonun mərkəzi küçələri sahibsiz itlərlə doludur: "Hara baxırsan sahibsiz itdir. İnsanlar sərbəst hərəkət etməyə qorxur. Oğlum Ruzi Əliyev də səhər məktəbə gedərkən meydan adlanan ərazidə sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə uşaq çoxsaylı xəsarətlər alıb. Ərazidə olan insanlar olmasaydı oğlumu itlər parçalaya bilərdi. Tez götürüb xəstəxanaya apardıq, iynə vurdular. İndi vəziyyəti normaldır. Xahiş edirik, küçələrdəki sahibsiz itlərə bir əncam çəksinlər. Bununla bağlı ciddi tədbir görülməlidir. Belə olmaz".

Anası qeyd edib ki, Rusi Əliyev Zaqatala şəhər 1 saylı orta məktəbin 8-ci sinif şagirdidir. 

İtlərin hücumuna məruz qalan məktəblinin videosunu təqdim edirik: 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun