Köçəryan və Sərkisyan Azərbaycana bu halda təhvil verilə bilər

7 Oktyabr 2024 19:08

Ermənistanın eks-rəhbərləri, Xocalı qatilləri Robert Köçəryan və Serj Sərkisyanın Azərbaycana təhvil verilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər bu şəxslərin Azərbaycana təhvil verilə biləcəyini iddia edir. Ermənistanda da bu fikirdə olan şəxslər var.

Bu iddia realdır? Robert Köçəryan və Serj Sərkisyanın Azərbaycana təhvil verilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, sözügedən şəxslərin Azərbaycana verilməsi indiki məqamda real deyil:

"Azərbaycan tələb edir ki, bu şəxslər Qarabağda törətdikləri cinayətlərə görə mühakimə olunub, layiqli cəzanı alsınlar. Paşinyanın özü də bu şəxsləri sevmir, hətta düşmən kimi görür. Lakin o demək deyil ki, Paşinyan Bakının bu tələbini yerinə yetirəcək.

Nəzərə almaq lazımdır ki, hər iki şəxs bizim üçün cani, qatil olsa da, Ermənistan üçün eks-rəhbərlərdir. Yəni bu baxımdan onların təhvil verilməsi o qədər də asan deyil".

Politoloq qeyd edib ki, Azərbaycan bu şəxsləri beynəlxalq hüquq çərçivəsində mühakimə etmək üçün çalışa bilər:

"Müvafiq instansiyalara müraciətlər edilə, beynəlxalq axtarışa verilə, məhz bundan sonra onların həbsi, ekstradisiyasından danışmaq olar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun