Avropanın bütün ərazisi etnik təmizləmə ərazisidir.
Milli.Az bildirir ki, bu barədə Moskvada Trend-ə açıqlamasında tanınmış rusiyalı politoloq, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.
"Qərb ölkələri demokratiya barədə danışsalar da, əslində onlar yırtıcılardır. Onlar torpaqları bölmək və idarə etmək hüququna malik olduqlarını düşünürlər. Onlar subyektliyi və insanların konsolidasiya edilməsini istəmir. Onlar insanları milli və etnik prinsipə görə bölürlər.
Qərb daxilində isə millətçilik, daha çox separatizm dərhal cəzalandırılır. Onlar etnik təmizləmə aparırlar ki, sonra fransız və ya britaniyalı diplomatlar gəlsinlər, sağ qalanları oturtsunlar və desinlər ki, siz burada yaşayırsınız, siz isə orada", - o bildirib.
M.Şevçenko qeyd edib ki, Avropanın bütün ərazisi etnik təmizləmə ərazisidir.
"Eyni taleni onlar Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün də istəyirlər. Biz buna uymamalıyıq", - o vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun