Rus icmasının rəhbəri ÖLDÜ

7 Oktyabr 2024 18:02

Qərb zonası üzrə rus icmasının sədri Valeri Misiroviç Kozin 78 yaşında vəfat edib.

Milli.Az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, o, ağır xəstəlikdən əziyyət çəkirdi.

Bildirilib ki, V.Kozin 1946-cı il noyabrın 23-də Samux rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada xüsusi aviasiya məktəbinə qəbul olub. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) mexanizasiya fakültəsini, 1990-cı ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. Daha sonra Leninqrad Mülki Aviasiya İnstitutunda aspirantura üzrə təhsil alıb.

Fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülüb. Belə ki, o Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Tərəqqi" , "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub. Əlavə olaraq, Rusiya Federasiyası tərəfindən I dərəcəli "Aleksandr Nevski" ordeni, "Şərəf və ləyaqət" ordeni, "Rusiyanın fəxri vətəndaşı" adı ilə də mükafatlandırılıb.

1998-ci ildən Gəncə və Qərb bölgəsi üzrə rus icmasının sədri vəzifəsində çalışıb.

Ailəli idi. 3 övladı, 6 nəvəsi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun