"Qərb olmasa, Putin 15 günə qalib gələr"

7 Oktyabr 2024 17:57

Əgər Qərb müttəfiqləri Ukraynaya dəstəyi dayandırsalar, müharibə 15 günə - Putinin qələbəsi ilə bçatacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell deyib.

Borrelin sözlərinə görə, bir çox insan, xüsusən də ukraynalıların özləri müharibənin mümkün qədər tez bitməsini istəyir, amma vacib olan onun necə başa çatmasıdır:

"Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, on beş gündən sonra müharibə bitəcək və Putin öz məqsədlərinə çatacaq. Bəs biz bunu ukraynalılar və özümüzün, avropalıların təhlükəsizliyi üçün istəyirikmi? Müttəfiqlər mümkün olan hər şeyi etməlidirlər ki, Rusiya ilə danışıqların vaxtı gələndə Ukrayna onları suverenlik və ərazi bütövlüyü üçün əlverişli şərtlərlə apara bilsin".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun