"Oradan necə sağ çıxdım, bilmirəm"

7 Oktyabr 2024 17:41

Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən qazanxanada partlayışın baş verməsi nəticəsində Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ciddi ziyan dəyib.

Milli.Az bildirir ki, hadisə anında institutun binasında olan İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nahidə Rzayeva təəssüratını Oxu.Az-a bölüşüb:

"Hadisədən az əvvəl kompüter arxasında yazı yazırdım. Bir anda partlayış oldu, özümüzü çölə atdıq. Bu otaqdan necə sağ çıxdıq, hələ də anlaya bilmirəm.

Mən qarabağlıyam, bu hadisələri əvvəl yaşamışıq deyə elə bildim ki, yenə ermənilər nəsə atdılar. Bu otaqdan sağ çıxdığım üçün nəzir verəcəyəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun