İran hökuməti buna görə günahkardır - Pezeşkian

7 Oktyabr 2024 17:35

Hökumət insan haqlarını qoruduğunu iddia etməsinə baxmayaraq, 2022-ci il ümumxalq etirazlarında etdiyi səhvlərə görə günahlandırılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Məhsa Əmini hadisəsini araşdıran xüsusi komitənin üzvləri ilə görüşündə bildirib.

Məsud Pezeşkian həmçinin vurğulayıb ki, böhran dövründə idarəetmə və informasiya sistemi düzgün işləmir. Hökumət etirazlara səbəb olan hadisələri düzgün idarə edə bilsəydi, bəlkə də aksiyalar baş verməzdi.

Pezeşkian universitetlərdə azad fikirli insanların, eləcə də tənqidçilərin təzyiqlərə məruz qalmalarına da toxunub:

"Biz onların tənqidlərindən narahat olmamalıyıq. Tənqidçilər və ya etirazçılarla ünsiyyət qurmalı, xüsusilə də tələbələr arasında bilikli insanların sərbəst danışmasına imkan verməliyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun