Ermənistan Təhlükəsizlik Xidməti direktorunun qaranlıq keçmişi

7 Oktyabr 2024 17:13

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın üzərində cinayət işi olduğu üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumat bazasını yoxlayarkən məlum olub ki, Armen Abazyana qarşı cinayət işi hələ 1996-cı ildə açılıb.

Məlumatda bildirilir ki, Armen Abazyana qarşı cinayət işi, o, Ermənistanda yerləşən Rusiya Federasiyasının Sərhəd Qoşunlarında xidmətini başa vurduqdan sonra açılıb.

Mənbə yazır ki, bir vaxtlar biznesdə uğursuzluğa düçar olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru bunun əvəzini agentura şəbəkəsinə qoşulmaqla kompensasiya edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun