İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO

7 Oktyabr 2024 16:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az