"Gəncədən Bakiya" layihəsində Emin Sabitoğluna həsr olunmuş konsert proqramı olacaq - VİDEO

7 Oktyabr 2024 16:54

25 oktyabr saat 19.00-da  Şəhriyar adına Mədəniyyət Mərkəzində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə sevilən bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Konsertdə filarmoniyanın solistləri "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" və bəstəkarın digər sevilən mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, "Bakıdan Gəncəyə", "Gəncədən Bakıya" layihəsi çərçivəsində  Azərbaycan bəstəkarlarının klassik əsərləri, estrada mahnıları təbliğ olunur.

Biletlər https://iticket.az/events/concerts/emin-sabitoglunun-mahnilarindan-ibaret-konsert/123130

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az