Sevilərək izlənilən "Titanik" filmində Azərbaycan dilində ifadələr işlədilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə müğənni İbrahim Borçalı bildirib.
"Günə bax" verilişinə qonaq olan ifaçı bildirib ki, gəmi batan zaman sərnişinlərə gəmidən xilas yolu göstərən adam Azərbaycan dilində ifadələr işlədir. O filmdə "Belə gəlin, belə çıxın" sözlərini söyləyib.
Xatırladaq ki, rejissoru Ceyms Kemeron olan "Titanik" dövrünün ən çox izlənilən və hələ də populyarlığını saxlayan ekran işi olub.
Baş rollarında Leonardo Di Kaprio və Keyt Uinslet olan filmin gəliri 2 milyard 264 milyon 743 min 305 dollardır.
Ekran işinin büdcəsi 195 milyon dollar olub
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun