İsrail səfirliyi yaxınlığında növbəti partlayış...

7 Oktyabr 2024 15:29

İsrailin Kopenhagendəki səfirliyinin yaxınlığında yenidən partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Kopenhagen polisi partlayışın 5 gün əvvəlki partlayışla əlaqəli olub-olmadığını araşdırır.

Qeyd edək ki, oktyabrın 2-də gecə saatlarında Kopenhagenin Hellerup rayonunda İsrail səfirliyinin binasının yerləşdiyi ərazidə iki partlayış baş vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun