İraq sərhədində azərbaycanlı öldü

7 Oktyabr 2024 15:16

Qərbi Azərbaycan əyalətinin İraqla sərhddə yerləşən Sərdəşt bölgəsində silahl qarşıdurma olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ərdəbil əyalətinin Sərhəd Qoşunları Komandanı Şahin İsmaili məlumat verib.

Onun sözlərinə görə, kürd silahlı qruplaşmaları ilə baş verən qarşıdurmada Ərdəbilin Çanaqbulaq kəndindən olan Hadi Cavadi həyatını itirib.

Silahlı şəxslərin hansı qruplaşma və təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun